ATV ilə işbirliyinə son qoyan İlkin Həsəni "Space" kanalında fəaliyyətə başlayır.
Teleqraf.com xəbər verir ki, o, yeni mövsümdə "Space" kanalında çalışacaq: "Bu il 20 ili tamamlanacaq televiziya karyeram ATV-də keçdi. Bu kanalda "ATV Maqazin", "Yeni Ulduz", "Bozbash Pictures" və digər layihələr məni mən etdi. ATV-də dörd rəhbər dəyişimini görən bəlkə də tək-tük əməkdaşlardan oldum. Hər birinə ayrılıqda təşəkkürümü bildirirəm, hər biriniz mənim üçün çox əziz olmusunuz.
2013-cü ildə "İLK Media" haqqında düşündüm, yaratdım. İstehsal etdiyimiz film, serial, reklam, sosial çarxlar təqdim etdik. Hazırda 25 nəfərə yaxın kiçik kollektivimizlə az da olsa nələrsə edirik. Şirkətimiz yarandığı gündən əməkdaşlıq etdiyi bir televiziya olub, o da mənim doğma ATV kanalım.
Çox təəsüf ki, bu kanalla yollarımızı ayırlamlı olduq, yeni yayım kanalımız bu ilin oktyabrdan etibarən "Space" kanalında olacaq. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun. İşlərimə əngəl yaratmaq istəyən, televiziya sahəsinə təsadüfən düşmüş media alverçilərinə və onların istedadlı kanal tulalarına da uğur olsun. Rəqabətlə tərbiyəsizliyi qarışdırmayın, lütfən!".