Müğənni Səyyad Əlizadə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Müğənninin kürəkəni Razim Qarayev Teleqraf.com-a açıqlamasında Səyyad Əlizadənin səhhətinin pisləşdiyini deyib.
"Hazırda FHN-nin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib. On gün əvvəl koronavirusa yoluxmuşdu, evdə müalicə alırdı. Bu gün süni tənəffüs aparatına qoşulub. Həyat yoldaşı da koronavirusa yoluxub. Xəstəxanaya yarım saat əvvəl gəlmişik, həkimlər hələ ki, səhhəti haqqında heç nə demirlər".