Xəbər verdiyimiz kimi əməkdar artist Yaqub Zurufçu bu gün koronavirusdan dünyasını dəyişib.
Əməkdar artistin bacısı Mətanət Əliyeva Teleqraf.com-a açıqlamasında Yaqub Zurufçunun harada dəfn ediləcəyinin dəqiqləşdirilmədiyini deyib: "Hələ ki, nəşi xəstəxanadadır. Harada dəfn ediləcəyi bilinmir. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlanılıb. Sabah saat 10:00-da dəfn ediləcəyi məkan açıqlanacaq".
Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist bir müddət əvvəl "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi.