Tibb elmləri namizədi Rəşid Mahmudov artistlər haqda səsləndirdiyi fikirlərə görə aktyor və aktrisalar tərəfindən kəskin qınanılıb. Qorxmaz Əlilidən sonra bu dəfə Rəşid Mahmudovu Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, onlar fikirlərini şəxsi “Facebook” səhifələrində qeyd ediblər.
Əməkdar artist Naibə Allahverdiyeva: “Aktyorluq yeganə sənətlərdən biridir ki, vətəninə xalqına təmannasız xidmət edir, rüşvət almır, xalqın qanını içib onu söymür. Sizi qınamıram Rəşid bəy, çünki sizin səviyyəniz budur. Sizin sadaladığınız müğənnilər də sizin səviyyənizdədirlər. Onların incəsənətə heç bir dəxli yoxdur, əlbəttə hər yoldan keçəni, heç bir musiqi təhsili, mədəniyyəti olmayanlara efirdə yer verəndə sənət haqqında bu cür fikir formalaşar. Amma səviyyəli insanlar hamını bu palçığa atmaz, atanlar özləri onların tayıdır”.
Gənc Tamaşaçılar Teatrının gənc aktyoru Elnur Kərimov: “Ağsaqqal gərək ilk növbədə özünə sonra
yaşına sonra da ağzından çıxan sözünə ağalıq eləsin. Bəlkə bu fikri ailəsində gördüyü üçün deyib, qınamıram. Çünki televiziyada hər zaman artistlik yox, mütriflük eləyir. Nə isə. Düşərdim də səninlə bir efirə bu mövzu ilə bağlı”.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov Publika.az-a açıqlamasında müğənnilər Təranə Qumralla həmkarı Nazəninin arasında yaşanan qalmaqala münasibət bildirərkən artistlər haqda sərt ifadələr səsləndirib: “Mən efirdə artistlərlə mübahisə edəndə xalqım mənə deyir ki, axı sən nə üçün onlara baş qoşursan. Artist mütrif deməkdir. Yəni, artistin kişisi də, arvadı da pis yola gedən deməkdir. Mən onlara baş qoşmaq istəmirəm. Gərək onları televiziyada da göstərməsinlər. Çünki onlar bizim xalqın milli mentalitetinə uyğun olmayan adamlardır. Mən onlar haqqında fikir də söyləmək istəmirəm”.
Pərvin