5 Oktyabr 2021 18:42
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nigar Şabanova nişanlısı, Xüsusi Təyinatlı Qüvvələrin giziri Vüqar Məsmalıyevi ad günü münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Nigar Şabanova nişanlısının üzünü gizlədərək bu sözləri yazıb: "Fəxrim, qürurum, sənə can sağlığı, uzun ömür arzu edirəm. İşində uğurlar arzu edirəm. Səni dünyaya gətirən ananın əllərindən öpürəm.

Səni peşəkar döyüşçü kimi yetişdirən başda cənab general Hikmət Mirzəyev olmaqla bütün komandir heyətinə başda təşəkkür edirəm. Nə yaxşı ki, varımsan, dünyaya və dünyama xoş gəldin".


Müəllif: Rəqsanə Həsənova