6 Oktyabr 2021 16:56
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Kamran Həsənli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Sizin MTV Azərbaycan kanalında fəaliyyətiniz haqqında xəbər yayılıb. Bu doğrudurmu?

- MTV Azərbaycan kanalında aparıcı kimi deyil, məsləhətçi sima kimi fəaliyyət göstərəcəm. Prodakşın məhsuludur və MTV Azərbaycan kanalında yayımlanacaq.

- Verilişin formatı necə olacaq?

- Hələ ki MTV rəhbərliyi ilə danışıqlar davam edir. Layihə tam hazır deyil.

- Yeni mövsümdə efirə aparıcı kimi çıxmamağınızın səbəbi nədir?

- Televiziyalar dəvət etsin ki, gedim... Özüm televiziyanın qapısını açıb içəri girim ki, layihə gətirmişəm?.. Televiziyalarımız mənə qarşı koalisiya qurublar. Mən televiziyalara müraciət etməklə deyil! Televiziyalarımızın bu günkü vəziyyəti çox pisdir, peşəkarlıqdan, intellektdən uzaqlaşıblar.

- Son zamanlar televiziyalarımızda dəyişillik hiss edilir. Bir neçə kanalın rəhbəri dəyişib...

- Televiziyaların rəhbəri dəyişib, mahiyyəti yox. Kanalların özünün sevdiyi orijinal və məşhur verilişi var. Həmin verilişlər də xalqın nifrət etdiyi proqramlardır. Televiziya rəhbərləri ancaq özlərinin ən uğurlu hesab etdikləri verilişləri bərpa edirlər. İnsanlar həmin verilişləri izləmək istəmirlər. Məsələ bununla bitdi, qurtardı.

"Space" kanalının keçmiş rəhbəri Vaqif Mustafayev iki-üç veriliş var idi ki, ssenarisini yazırdı, layihəyə rəhbərlik edirdi. Camaatın həmin verilişlərdən acığı gəlirdi.

Kanallarımızda köklü dəyişiklər olmalıdır. Verilişlər insanları intellektdən uzaqlaşdırır. Ona görə məni yaxına buraxmırlar, bilirlər ki, televiziyaya gəlsəm, hər şey dəyişəcək. Kanallarımızda radikal dəyişiklik olmalıdır.

- Televiziya ilə bağlı planlarınızda nə var?

- Televiziya ilə bağlı böyük planlarım var, amma onlar mənasızdır, çünki kanallar məni yaxına buraxmırlar. Mənimlə münasibətləri yaxşıdı, gülürlər, danışırlar, məsləhətləşirlər, bəzi məqamları soruşurlar. Mənim yutub kanalında layihələrim var, siyasi verilişlərdir. Hazırda insanların düşüncəsinə, intellektinə təsir edəcək siyasi verilişlərə, tok-şoulara ehtiyacımız var. Bizim televiziyalar isə uzaq keçmişdə qalıblar.

- Xəzər televiziyasında da yeni şoular başlayacaq. Dəyişiklik hiss edilir?

- Bilmirəm...İTV kanalını gözləyirdik ki, müəyyən dəyişiklər olsun. Dəyişikliklər dekorasiyadadır, rəngdədir. Televiziya əməkdaşları bilmirəm yalançı reytinqi nə ilə ölçürlər!? Tamaşaçılar arasında monitorinq etsinlər ki, hansı verilişlərə baxırsınız? O zaman söyüş görəcəksiniz.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər