7 Oktyabr 2021 18:21
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayevin rəsmi vikipediya məlumatlarına müdaxilə edilib.

Teleqraf.com-un xəbərinə görə, bu haqda xalq artistinin özü məlumat verib.

O, naməlum şəxs tərəfindən vikipediyasında vəfat tarixinin qeyd edildiyini vurğulayaraq hüquq-mühafizə orqanlarına müraciət edib: "Allah mənə rəhmət eləsin! Son günlər ya erməni, ya fars, ya da ki, onların yerli nökərləri Azərbaycanın görkəmli artistlərinin Azərbaycan dilindəki vikipediya məqalələrinə feyk ölüm məlumatları əlavə edir. Bu dezinformasiyalara uymayın.
Artıq lazımi düzəlişlər etdik".

Faiq Ağayev hüquq-mühafizə orqanlarından araşdırma aparmağı xahiş edib.



Müəllif: Rəqsanə Həsənova