Türkiyə millisinin və “Qalatasaray” klubunun futbolçusu Sabri Sarıoğlu həyat yoldaşı Yağmura 890 min avro dəyərində avtomobil hədiyyə edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün alış-veriş mərkəzlərindən birinə “Lamborghini” ilə yollanan cütlük içəridə olarkən vətəndaşlar maşınla şəkil çəkdirmək fürsətini qaçırmayıblar.
Lüks avtomobillərə marağı ilə tanınan S.Sarıoğlu xanımının və oğlu Sarpın adlarının baş hərflərindən ibarət nömrə nişanı da alıb.
Xatırladaq ki, bir müddət öncə “Fənərbaxça” klubunun futbolçusu Caner Erkin də xanımına “Lamborghini” avtomobili hədiyyə edib.
Rüstəm