17 Oktyabr 2021 01:02
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Canana İnstaqramda qızının ağlayan videosunu paylaşaraq övladlarının atası ilə yaşamasına etiraz edib.

Məhkəmənin qəyyumluq və himayəçilik şöbəsinin verdiyi rəyi paylaşaraq bu sözləri qeyd edib:

"Körpələrim əziyyət çəkirlər. Qəyyumluq onları sorğuya aparan gündən uşaqlarımı əlimdən alıblar. Psixoloji olaraq uşaqlarımın beyninə yeridiblər ki, atanızı seçin, gəzdirəcəyik, oyuncaqlar alacağıq, eviniz olacaq. Böyük oğlum dedi ki, onları seçəcək. Çünki onlara nələr vəd etmişdilər. Mənim isə onların vəd etdiklərinə gücüm çatmır. Məni çoxları qınayır, amma heç kim dərinlikləri bilmir. Mənim körpələrim ana qucağında yatan olublar, indi onlara xidmətçi baxır. Qəyyumluq rəy bildirib ki, gözəl şəraitə görə uşaqlar atada qalsın. Bu haqsızlıqdır".

Qeyd edək ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərimlə evli olub. Cütlüyün üç övladı var.


Müəllif: Rəqsanə Həsənova