Oxşar xəbərlər
Əməkdar artist Bəhram Bağırzadə prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalın layiq görülüb.
Bəhram Bağırzadə Teleqraf.com-a açıqlamasında hislərini dilə gətirib:
"Sevinirəm, dua edirəm, rahatam. Komandaya minnətdarlığımı bildirirəm ki, 30 il ərzində bir yerdə olduq. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu illər ərzində fəaliyyətimiz cənab Prezidentin gözündən yayınmayıb.
Allah balalarını sevindirsin, necə ki, bu gün bizim balalarımızı sevindirdi".
Qeyd edək ki, ölkə başçısının Sərəncamına əsasən Cabir və Tahir İmanov da "Tərəqqi" medalına layiq görülüblər.