20 Oktyabr 2021 18:43
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı ARB televiziyasında "Günə doğru" verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ARB-nin yaradıcılıq məsələləri üzrə müşaviri təyin edilən Xoşqədəm Hidayətqızı bu sözləri deyib:

"Gənclərin fəaliyyət göstərdiyi kanalda vəzifəyə təyin edilmək böyük bir məsuliyyətdir. Üzərimə daha böyük məsuliyyət qoyuldu. Ona görə də ARB televiziyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanıram ki etimadı doğruldacam".

Aparıcı "Səni axtarıram" verilişinin ARB-də yayımlanmasından da danışıb: "12 ildir televiziyada yayımlanan layihənin bu kanalda efirə getməsi böyük bir hadisədir. Yenə də həftənin beş günü tamaşaçıların görüşünə gələcəyik. Dəyişikliklərimiz olacaq. Daha böyük işlər görəcəyik".










Müəllif: Rəqsanə Həsənova