30 Oktyabr 2021 12:36
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən bilmirəm nə deyim, nə yazım. 11 yaşlı qızın ögey atasından yeddi aylıq hamilə olmaq xəbəri ağlımdan çıxmır. Necə ana olasan ki, buna göz yumasan. Necə şərəfsiz olasan ki, 11 yaşlı uşağa göz tikəsən".

Teleqraf.com xəbər verir ki, bu sözləri Nigar Camal İmişlidə 11 yaşlı qızın hamilə olması və uşaq dünyaya gətirməsi haqqında danışarkən bildirib:

"Bu uşaq indi hamilə qalıb. Allah bilir illərdir ki, təcavüzə məruz qalıb. Anası da susub. Mənə çox maraqlıdır, ər, həyat yoldaşı, yanında hansısa kişinin olması övladınızdan daha vacibdir? Axı bu insanlığın hansı səviyyəsidir? Bir qadın olaraq kişisiz qalmaq bu qədər çətindir? İki körpənin həyatını məhv etməyə dəyərdimi? Əziz qadınlar, əziz analar, övladlarınızı diqqətdən kənarda qoymayın, ən kiçik səhvlərində geri itələməyin. Onlarla dost olmağa, onları başa düşməyə çalışın. Hər şeyi qadağalarla, "olmaz"larla yox, daha şirin və yumuşaq dillə anlatmağa çalışın. Əminəm ki, bu işə yarayacaq. Hüquq-mühafizə orqanlarından isə xahiş edirəm ki, bu körpənin cinayətində, həyatının məhv olmasında kimin əli varsa, cəzalandırılsın. Xüsusilə də atalığa ömürlük cəza verilsin, necə ki, bu körpəyə ömürlük cəza verilib".

Qeyd edək ki, hadisə İmişli rayonunda baş verib.


Müəllif: Rəqsanə Həsənova