Rəqqasə-aktrisa Oksana Rəsulovanın adını açıqlamadığı həyat yoldaşı aparıcı Şəhriyar Əbilov imiş.
Teleqraf.com xəbər verir ki, Şəhriyar Əbilov bu haqda ARB televiziyasında yayımlanan “Tam vaxtıdır” verilişində etiraf edib:
“Oksana ilə 15 ildir dostluq münasibətimiz var, sözün əsl mənasında dost olmuşuq. Amma insan bilmir ki, sabah başına nə gələcək. Zaman keçdi və biz "Lal yuxu” serialına çəkildik.
Serialın çəkilişləri zamanı bizdə hisslər yarandı. 4 ildir biz evliyik, 3 yaşında oğlumuz var. Onunla nəfəs alıram.
Hər kəsin öz həyatı var. Əsas odur ki, biz xoşbəxtik, dostuq, yaradıcı insanlarıq və yaradıcı övladımız var. Münasibətimizi niyə gizlədək?!"