14 Noyabr 2014 21:57
7 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afaq Aslan şəxsi həyatı ilə gündəmə gəlib.

Tabloid.az xəbər verir ki, mətbuatda ifaçının hər zaman haqqında söz açdığı, amma adını açıqlamadığı sevgilisinin kimliyi ilə bağlı xəbərlər yer alıb.

Məlumata görə, Afaq Aslanın sevgilisi azərbaycanlı futbolçu Kamran Ağayevdir.

Afaq Aslan Tabloid.az-a açıqlamasında xəbərin yanlış olduğunu bildirib:

“Kamran Ağayev çox hörmətlə yanaşdığım, xətrini istədiyim dostlarımdan biridir. Tədbirlərdən birində çox səmimi bir şəkil çəkdirmişik. Bu, heç də o demək deyil ki, aramızda nəsə yaşanır. Sosial şəbəkələrdəki səhifələrimə diqqət etsəniz, görərsiniz ki, mənim bir çox populyar insanlarla fotolarım var. Təbii ki, Kamran Ağayev bütün xanımların arzuladığı “ağ atlı bəy” obrazındadır. Mən də bütün bəylərin arzusunda olduğu və əllərinin çatmadığı xanımam. Cazibədarlığımla, şarmımla çoxlarından seçilən xanım sənətçi olduğumdan yəqin jurnalistlər bizi bir-birimizə yaraşdırıblar. Mən də bunu normal qəbul edirəm”.


Müəllif: