18 Noyabr 2021 17:34
2 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vasif Məhərrəmli MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” proqramında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Vasif Məhərrəmli xarakterindən danışıb.

“Hər şey zamana bağlıdır. 10 il bundan əvvəlki Vasif Məhərrəmli önünüzdə oturmayıb. Daha həssas, daha rahat, daha təmkinli, səbrli biri olmuşam. Bir söz var deyirlər, “adın çıxınca canın çıxsın”. Həqiqətən də mən bu insanların şüurunda belə iz buraxmışam ki, çılğın adamam. Amma çılğın adam olmaq heç də pis şey deyil. Çılğın olmaq o demək deyil ki, pis insandır. Mənim dilimdə təhqiramiz bir şeylər olmayıb. Qəlb qırmaq bir saniyəlikdir".

Müğənni övladları ilə münasibətinə də toxunub: “Qız və yaxud oğlan atası olmağın hər ikisinin fərqli məsuliyyəti, çətinliyi var. Bu gün elə bir dönəmdə yaşayırıq ki, qızın qız, oğlanın oğlan problemi var. Qızı qız kimi göz bəbəyi kimi qorumalısan, oğlanı ondan betər. Zamanında uşaqları iki-üç ay kəndə qoyub, gəlirdik. Bu gün üç azyaşlının bir yerdə oynaması artıq bir problem olub. Bir ata kimi mən uşağımı Qazaxda qoyub gəlmərəm. Nənəsi göz bəbəyi kimi qorusa da. Hamıya da onu tövsiyə edirəm. Qızım Əfşanın 19 yaşı var, ağıllı qızdır, amma təbii ki, ona qadağalarım var və olacaq. O, özünün hər istədiyini edə bilməz. Çalışıram çox üstünə getməyim. Arada hiss edirəm ki, xətrinə dəyirəm. Ata qızı üçün yaxşısını istəyər, o da bunu zamanla başa düşəcək. Ata dediyin yaxşı olmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər