Aparıcı Zaur Kamal aparıcılıq etdiyi "Həmin Zaur" verilişində etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Zaur Kamal illər öncə "Çiçək" ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkası sevdiyini bildirib:
"Radioda ilk dəfə fəaliyyətə başlayanda Çiçəyi gördüm, bir könüldən, min könülə aşiq oldum. Sonra xasiyyəti məni tutmadı. Studiyaya gələndə qapını bərkdən vurdu. Bir-iki gün mənimlə danışmadı. Bilmirəm nə hiss etdi? Ondan sonra lal oldum, Çiçəklə bacı-qardaş olduq.
Yaxşı ki, evlənməmişik, onu saxlaya bilməzdim. Od parçasıdır".