Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) qızı Rasimə "Elgizlə izlə" proqramında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Rasimə atası ilə münasibətindən danışıb.
"İnsanlarda belə bir təxəyyül yaranmışdı ki, Rafiq Hüseynovun ali təhsilli qızları ola bilməz. Bakı Dövlət Universitetini bitirmişəm, Pedaqoji Universitetdə fəaliyyət göstərmişəm. Heç kim universitetdə Rəmişin qızı olduğumu bilməyib. Anam Ağdama köçüb, atamla çox mehriban illərimiz olub. Heç vaxt Gülü ilə pis münasibətimiz olmayıb. Heç vaxt heç nə istəməmişəm, nə ev, nə də pul. Anam aliment belə almayıb. Əmim Vaqif yalan danışır ki, evim satılıb, kirayə mənzildə yaşayıram. Şəhərin mərkəzində evim var. Atam Moskvadan bizə gələndə iki-üç dəfə hədiyyə alıb, qızıl qolbaq və s. Hər ay 300 dollar göndərməsi haqda deyilənlər də yalandır. İki bacıyıq. Şəxsən mən sağlığında nə atamdan, nə də Gülüdən heç nə istəməmişəm. Mən onun qanuni varisiyəm.
Atam 10 yaşıma qədər bizimlə yaşayıb. Anamla konservatoriyada tanış olub, tar müəlliməsi idi. Gəlin köçəndən sonra beş il Ağdamda müəllim işləyib. Atam o dövrdə çox pul qazanırdı. Şəhərdə yaşadığımız evi anama atası bağışlamışdı. Anamın atası sayılıb-seçilən adam idi. Bizim heç nəyə ehtiyacımız olmayıb. Anama atam Arzu xanımla xəyanət etdi. Anam xəyanəti bağışlamadı".