Aparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Şəhriyar Əbilov etirafı ilə diqqət çəkib: "Mental düşüncəmizə görə, heç bir ailəyə gedib "mən sizin qızınızla dost olub, sonra ailə quracam" kimi yanaşma yoxdur. Oksanaya sevgi etirafını mən etdim, təbii ki, ilk addımı kişi atmalıdır. Dostluq münasibətimiz olduğuna görə, çox səmimiyik, bir-birimizi başa düşürük. Oksana od olanda mən sakitləşdirirəm".
Qeyd edək ki, Şəhriyar Əbilov ilə Oksana Rəsulovanın Osman adlı bir oğlu var.