5 Yanvar 2022 12:41
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan İTV-də yayımlanan "Gəl qonaq ol" verilişində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan dostları ilə münasibətindən danışıb: "Ən önəmlisi səmimi olmaqdır. Necə varsan, elə də olmalısan. Onda dostluq davam edir. Mənim çox istədiyim dostlarım var, amma bilirəm ki, onlar tam açıq deyillər. Ona görə də onlarla az görüşməyə çalışıram. Bəzən heç görüşmürəm də. Bilirəm ki, siz məni aldadırsınız, mən də sizi yola verirəm. Yaxşı dostluq odur ki, hər şey ortada olsun".

Röya Ayxan həmkarı Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva ilə konsertində tanış olduğunu açıqlayıb: "Miri Yusif həyat yoldaşı ilə mənim Yaşıl Teatrda baş tutan konsertimdə tanış olublar. Qardaşları tanış imiş, amma mənim konsertimdə yaxınlaşıblar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər