13 Yanvar 2022 10:50
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyinin (DİN) qayda pozan vətəndaşların üzr videolarını yaymasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:

"Mən "filankəsov filankəs" qadınlardan üzr istəmək istəyirəm. Bütün Bakıya gələn turistlərdən və şəhərin bütün itlərindən, pişiklərdən, "Donald"dan, "Mikki Maus"dan üzr istəyirəm. Sual verəcəksiniz ki, niyə? Çünki bir azdan sinif yoldaşlarımla yeyib-içməyə gedirəm. Başıma nə iş gələcək bilmirəm. Ona görə indidən bu videonu çəkirəm, birdən lazım olar".



Müəllif: Rəqsanə Həsənova