19 Noyabr 2014 20:57
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerkanın “People” jurnalı avstraliyalı aktyor Kris Hemsvortu 2014-cü ilin ən seksual kişisi seçib.

Teleqraf.com lenta.ru-ya istinadn istinadən xəbər verir ki, ilk üçlüyə Kris Pret və Ceymi Düran daxil olub. İlk yeri tutan aktyor özü isə bu xəbərə təəccüblənib. 31 yaşlı Kris bununla bağlı jurnalistlərə zarafatyana müsahibə verib:

“Mənə elə gəlir ki, siz zarafat edirsiz. Amma buradan öz həyat yoldaşıma səslənirəm; görürsən? İnsanlar mənim haqqımda düşünür. Bundan sonra bir neçə həftə mən qab-qacaq yumayacam və uşağın altını dəyişməyəcəm, çünki mən daha böyük şeylərə layiqəm".

“People” jurnalının ilk onluğuna daxil olan seksual kişilər bunlardır :
1.Kris Hemsvort (Aktyor)
2. Kris Prat (aktyor)
3. Ceymi Düran (aktyor və model)
4. Ki Honq Lii (aktyor)
5. Bleyk Şelton ( müğənni)
6. Bredli Kuper (aktyor)
7. Mett Bomer
8. Miçel Strahan (atlet)
9. Eddi Redmeyn (aktyor və model)
10. Skott Foley (Aktyor)

Xatırladaq ki, keçən il bu ada “Maroon 5” musiqi qrupunun solisti Adam Livayn layiq görülmüşdü.

Rüstəm


Müəllif: