19 Yanvar 2022 01:13
2 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan televiziyasında Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramının yayımı bu gün yarımçıq dayandırılıb.

Teleqraf.com xəbər verir ki, "7 canlı" verilişində müğənnilər Təranə Qumral, həyat yoldaşı Musa Musayev və qızları Sevgimcan, Qumral qonaq olublar. Canlı yayımlanan veriliş 21 dəqiqədən yarımçıq kəsilib.

Müğənni Təranə Qumral İnstaqramda bunun səbəbini açıqlayıb: "ATV kanalında yayımlanan veriliş texniki səbəbdən efirə getmədi. Amma veriliş çəkildi, nə zaman yayımlanacağını sizinlə bölüşəcəm".

İfaçının qızı Qumral isə "Narahat olmayın hər şey qaydasındadır. Sadəcə biz də bilmədik nə baş verdi, canlı yayım kəsildi. Səbəbi bizə də məlum olmadı. Amma veriliş gələn həftə mütləq izləyəcəksiniz", deyə qeyd edib.


Müəllif: Rəqsanə Həsənova