Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Canana xanım, övladlarınızın atasında qalması ilə bağlı məhkəmə qərarından şikayət vermisiz. Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi bu işə baxacaq...
- Bəli, məhkəmə yanvarın 25-də olacaq. Vəkilimi dəyişmişəm. Hələ ki adını açıqlamıram. Özü də məhkəməyə qədər adının açıqlanmasın istəməyib.
Allahın köməyi ilə hər şey yaxşı olacaq. Aiddiyyəti qurumlara da müraciət etmişəm. Bakı Apellyasiya Məhkəməsinə ümid edirəm. Əks halda Avropa İnsan Hüquqları Məhkəməsinə qədər müraciət edəcəm, geri çəkiməyəcəm.
Hər yerə bir ana kimi müraciət edirəm. Ədalətli qərar gözləyirəm. Uşaqlarım psixoloji tramva yaşayırlar. Böyük oğlum həmişə deyir ki, onu çox sıxışdırıblar. Məcbur ediblər ki, elə danışsın. Onun qəlbini bilirəm. Tuncaya deyirdim ki, atan "uşaqlar mənə lazım deyil, özün doğmusan, özün də saxla",- söyləyir. O da cavab verirdi ki, inanmağım üçün sübut ver. Keçən dəfə telefona baxanda Kərimin həmin səsli qeydini gördüm və oğluma göndərdim.
Tuncay mənimlə görüşdü, məni qucaqladı. Uşaqlarım həqiqətın psixoloji tramva yaşayırlar.
- Kərim bəyin ikinci dəfə evlənməsini gizli saxlamaqda, sizcə, məqsədi nədir?
- Bəli, Kərim evləndi. Yəqin məhkəməyə görə evlənməsini gizli saxlayırlar. Kərim öncədən evlənəcəyini demişdi. Mən də demişdim ki, Allah xoşbəxt etsin. Hazırda Kərim evlənib və ayrı evə köçüb. Təzə həyat yoldaşı ilə yaşayır. Aysel adında qızdır və ilk nikahda üç ayın gəlini olub. Uşaqlar Mətanət xanımın yaşadığı mənzildə qalırlar.
- Mətanət xanımın sizinlə bağlı vəsiyyəti diqqət çəkdi, "ölsəm, Kərimlə Canananı barışmağa qoymayın". Buna səbəb nədir?
- Mənə oğlu sonuncu mesajında dedi ki, anam da belə bir vəsiyyət elədi. Anası çox adamlara müraciət edirdi, oğluna qız axtarırdı. Kərimin başqa bir xanımla da münasibəti olmuşdu, uşaqlar da onu tanıyırdılar. Ona söz verib, sonra Aysellə evləndi.
- Uşaqlarınız Kərim bəyin evlənməsini necə qarşıladılar?
- Uşaqlar heç nə başa düşmür və heç nə anlamırlar. Mətanət xanım Bakıda deyildi, Rusiyaya getmişdi. Ata evlənib, ayrı yaşayır. Uşaqlar isə Mətanət xanımın evində dayələrlə qalır. Atası rəhmətə getdiyinə görə məcbur Bakıya qayıtdı.