Türkiyənin məşhur Eslem Film Yapım Şirkəti tərəfindən çəkilən "Karım" adlı qısametrajlı filmi "Elit Medya"nın təşkil etdiyi "Marka ödülleri" gecəsində nümayiş olunub.
Filmin rejissoru Yalçın Çoban Teleqraf.com-a açıqlamasında "İzləyicilərin filmi alqışlarla qarşılaması bizə xoş təsir bağışladı. Dəstək olan hər kəsə təşəkkür edirik", - deyə qeyd edib.
Filmdə aktrisa Seher Terzi və aktyor Hüseyin Elmalıpınar çəkilib.
Qeyd edək ki, filmin rejissoru İbrahim Bülbül və Yalçın Çobandır.