Alt paltarında səhnəyə çıxdığı üçün tənqid atəşinə tutulan türkiyəli müğənni Gülşəni həyat yoldaşı Ozan Çolakoğlu dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, Ozan Çolakoğlu həyat yoldaşının ünvanına bu sözləri deyib:
"Onun işinə qarışmıram, hörmət edirəm. Nə edəcəyini biləcək yaşdadır. Hər kəs öz həyatına cavabdehdir. Narahat olan konsertə gəlməz, Gülşəni sosial şəbəkədən izləməz...".