25 Yanvar 2022 11:50
2 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-nin "Xəbərlər" informasiya proqramının aparıcısı Samirə Mustafayeva "Görüş yeri" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Samirə Mustafayeva ilk dəfə Azad Azərbaycan televiziyasından çıxmasının səbəbini açıqlayıb: "ATV-dən istəyərək getmişəm. Hiss etdim ki, efirə həvəsiz gəlirəm. Mən kameraları sevən insanam, hətta ən problemli və xoşbəxt vaxtımda da kameranın qarşısında özüm oluram.

Bir anlıq hiss etdim ki, yorulmuşam. Bezmişəm sözünü bu sahəyə aid etmək istəmirəm. Mən aparıcılıq karyeramı bitirmək istəyirdim və belə də etdim. Getdim və sevdiyim işlə məşğul oldum. Rəssamlıq qabiliyyətim bir balaca var idi və onu inkişaf elətdirdim. Düşündüm ki, bunu insanların üzərində tətbiq edim.

Sevdiyim işlə məşğul oldum, bir müddət istirahət etdim. Amma yenə də televiziya sahəsinə gəldim. Bu bizim ən gözəl, ən yaxşı bacardığımız bir işdir. Beş il ərzində müraciətləri dəyərləndirdim. Bu gün artıq xəbər aparıcısı kimi tələbə hazırlaşdıra bilərəm".

Qeyd edək ki, Samirə Mustafayeva ATV-nin "Son xəbər" verilişinin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova