Bu gün xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin toy mərasimidir.
Teleqraf.com xəbər verir ki, Natiq Şirinovun oğlu Ümid Şirinov xalq artisti Alim Qasımovun nəvəsi, əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailə qurur.
Aparıcı Hacı Nuran Natiq Şirinovun evindən görüntüləri İnstaqram hesabında paylaşıb.
Aparıcı Ümid Şirinovun iki gün toy mərasimi olacağını açıqlayıb: "Pandemiya ilə əlaqədar toy mərasiminə 150 nəfərdən çox adamın gəlməsinə icazə verilmir".
Natiq Şirinovun həyat yoldaşı isə "Oğluma əbədi sevgi, sədaqət arzulayıram. İnşallah, Qasımovlar və Şirinovlar ailəsini əbədi dostluq və qohumluq rəmzinə çevrilsin", - deyə ürək sözlərini ifadə edib.