Müğənni Təranə Qumral MTV Azərbaycan kanalında yayımlanan "Tarixin bir günü" proqramında qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Təranə Qumral aparıcılar Zaur Baxşəliyev və Vüsalə Əlizadəni tənqid edib.
"ATV-də iki veriliş bizi proqramlarına dəvət etmirlər, səbəbi bilinmir. Bütün verilişlər dəvət edirlər. Onların adlarını da açıqlayacam. Hansısa müğənninin maşası olmaq lazım deyil. Yaxın günlərdə Vüsalə Əlizadənin aparıcılıq etdiyi "7 canlı" verilişinə çıxdıq, yarıda dayandı. Adama sual verərlər ki, əgər ad yazılıb, rəhbərliyin qarşısına gedirsə, sonra müğənni efirə dəvət edilir, bunun səbəbi nə idi?! Bununla yanaşı Zaur Baxşəliyev ilə heç bir problemimiz, davamız, söz-söhbətimiz olmadan onun verilişlərinə dəvət edilmirik. Onlar müğənnilərin sözü ilə veriliş aparırlar. Biz illərdir ki, o verilişlərə dəvət almamışıq. İnanıram ki, bundan rəhbərliyin xəbəri yoxdur. Nə Zaur Baxşəliyev, nə də xanımı Günay Baxşəliyeva ilə bir problemimiz var. Onlar sadəcə olaraq tapşırıqla bizi çağırmırlar".
Qeyd edək ki, Təranə Qumral və Musa Musayev yaxın günlərdə ATV-də "7 canlı" verilişində qonaq olarkən proqram texniki problemlə əlaqədar yarımçıq dayandırılmışdı.