21 Fevral 2022 12:19
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevinc Səfərova hamilə olması ilə bağlı yayılan xəbərlərə sərt reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Sevinc Səfərova Xəzər televiziyasında yayımlanan "Şourum" verilişində artıq çəki almasını müalicə ilə əlaqələndirib:

"Özəlimə toxunmayın, çünki heç kimə bu həddi vermirəm. Məni o qədər depressiyaya salıblar, deyirəm ki, əməliyyata gedəcəm. Ömrümün sonuna qədər dərman içməliyəm. Hamı da bilir ki, uzun müddətdir, zobdan müalicə alıram. Eləcə də təzyiqim düşürdü, antibiotiklər, iynələr, müalicələr, təbii ki, bunun təsiri ola bilər.

Heç kim xəstəlikdən sığortalı deyil. Ailəm var, qardaşımın iki övladı var. Xahiş edirəm, anlayışlı qarşılayın. Özəlimə toxunmayın. Heç kimə o həddi verməmişəm, heç kəsə cavab vermək istəmirəm. Buna məcbur da deyiləm. Çox hallarda deyirlər ki, müğənnidir, haqqında danışmalıdırlar.

Arxamda çox böyül nəsil dayanıb. Anam xəstədir, onun nazını çəkirəm, üfürə-üfürə saxlayıram. Çünki bu, mənim həyatımdır".



Müəllif: Rəqsanə Həsənova