Ötən həftə aktrisa Sinəm Kobalın və aktyor İbrahim Çelikkolun bir-birlərindən ayrılmasından sonra bütün diqqət futbolçu Arda Turana yönəlmişdi.
Teleqraf.com "Hüriyyet"ə istinadən xəbər verir ki, Sinəmin keçmiş sevgilisi olan Arda ötən gün "Instagram" hesabında paylaşdığı statusu ilə insanlarda bəzi şübhələr oyadıb. Belə ki, futbolçu öz səhifəsində bunları qeyd edib:
“Mən nə Sezaram, nə də sən Brut. Nə mən hirslənərəm, nə də sən küsəsən. Artıq səninlə heç düşmən də deyilik”.
A.Turana qısa müddətdə izləyiciləri tərəfindən “Bu sözlər Sinəmədir. Heyf eşqinizə” mesajı göndərilib.
Qeyd edək ki, Arda Turan daha sonra paylaşdığı statusunu silib.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm