Dünyaca məşhur aktrisa, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Ancelina Coli şəxsi İnstaqram hesabında Ukraynaya dəstək mesajı verib:
"Bir çoxlarınız kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsindəki həmkarlarım və mən bütün diqqətimizi regionda qaçqınların müdafiəsi və ən əsası insan hüquqlarının təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə yönəlmişik.
Biz artıq qurbanların və təhlükəsiz yerlər axtarmaq üçün evlərini tərk etməyə başlayan insanların xəbərlərini görmüşük. Nə baş verə biləcəyini söyləmək hələ tezdir, lakin bu anın əhəmiyyətini - Ukrayna xalqı və beynəlxalq hüququn aliliyi üçün - çox qiymətləndirmək olmaz".