Müğənni Natəvan Həbibinin həyat yoldaşı, reper Dado (Səid Əliyev) Xəzər televiziyasında yayımlanan "Şourum" verilişində şəxsi həyatı haqqında qalmaqallı açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, reper Dado Natəvan Həbibidən rəsmi boşanmaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb: "Səni qadın elədim, gəlinlik paltarı geyindirdim, bu gün özünə sığışdırmırsan ki, uşağımı valideynlərim görsünlər. Nə qədər məni qorxutsalar da, üzərimə adam göndərsələr də, dediyimi deyirəm. Uşağımı görməyə gedirəm, sosial şəbəkədə paylaşır, tamaşaçı səhv başa düşür ki, bunlar yenə barışdılar.
Həmişə həqiqəti deyirəm. Ətrafımda o qədər oyunlar oynadılar ki... Məhkəməyə müraciət etmişəm. Üç ay müddət veriblər. Qəti fikrimdir, biz artıq boşanmışıq. Heç istəməzdim ki, belə olsun, amma məni bu yola əl atmağa məcbur etdilər. Artıq ürəyim ağrıyırdı. Çox depressiya yaşadım, həyatımda belə ağır günlər olmamışdım.
Dörd aya yaxındır ki, uşağımı görmürəm, ürəyim partlayır. Dözə bilmirəm. Hər dəfə oğlumu görməyə gedəndə elə şeylərlər rastlaşıram ki...Onlar var gücü ilə istəyirlər ki, uşaq atasız qalsın.
Mən uşağımı çox istəyirəm və əlimdən gələni etdim ki, uşağın yanında qalım. Məndən başqa heç kim uşağın ata-analı böyüməsini istəmədi. Nə Natəvan istədi, nə də evdəkilər... Valideynlərimin ilk nəvələridir, amma onu görə bilmirlər. Biz dalaşmışıq, bəs, nənə-babasının nə günahı var?! Anası qəsdən edir ki, uşaq nənə-babasını tanımasın. Mənim valideynlərim uşağı beş-altı dəfə görüblər, çünki gətirmir. Uşaq oldu, aradan çıxdı. Uşaq doğulandan sonra dəyişdi. Mən səni qadın elədim, gəlinlik geyindirdim".
Reper aliment verməsindən də danışıb: "Məhkəmənin qərarı nə olsa icra edəcəm. Uşaq mənimdirsə, aliment də verəcəm. Nə mən, nə də valideynlərim istədiyimiz vaxt uşağı görə bilirik. Ona görə aliment verməliyəm?! Uşaq böyüyəcək və məni tapacaq".
Qeyd edək ki, Natavan Həbibi ilə Dadonun dəfələrlə boşanıb yenidən barışması haqqında xəbərlər yayılıb. Cütlüyün Zeyd adlı oğlu var.