4 Mart 2022 12:15
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda hekayə bölümündə paylaşım edərək Ukraynanı müdafiə edib.

O, uşaqların ölümünə kədərləndiyini bildirib: "Bahardır, ağaclar cücərmir, çiçəklər açmır, hər yer qara bulud, günəş şəfəq saçmır. Mən necə gülüm?! Uşaqlar öldürülür, mən necə gülüm?! Xəyallarındakı möcüzə torpağa gömülür. Gözlərində işıq sönür, gənclikləri gəlmədən geri dönür.

Ən dəhşətlisi odur ki, tanrı bunları görür... Bəlkə də insan naşükür, apdaldır deyə, cəza verib, bizə gülür. Hər yerdə qəddarlıq, hər yerdə zülm..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər