Türkiyəli məşhur aktrisa Farah Zeynep Abdullah Bakıya gəlir.
Teleqraf.com xəbər verir ki, aktrisa baş rolda oynadığı "Bergen" filminin martın 16-da “Park Cinema Flame Towers” kinoteatrında baş tutacaq qala gecəsinə qatılacaq.
Aktrisa ilə yanaşı ölkəmizə Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və digər aktyorlar da gələcəklər.
Qeyd edək ki, sənətçi Azərbaycanda çox izlənilən "Masumlar Apartmanı" serialında İnci obrazını canlandırıb.