11 Mart 2022 23:27
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nura Suri sosial şəbəkədə bu sözləri yazıb:

"Pandemiya başlayan gündən həyatımız dəyişdi. Bütün baş verənlər insanlara ilk növbədə psixoloji təsir etdi. Gözümüzü açırdıq ki, filan qədər xəstələnib, filan qədər dünyasın dəyişib, xəstəxanalarda yer yoxdur və sair. Evlərimizdə dustaq olduq. Sonra 44 günlük müharibə... Hər gün şəhid xəbərləri bir başqa ağrı, gözyaşı, qorxu yaşatdı. Xoş hadisə torpaqlarımızın qayıtması oldu, sevindik. Yenə karantin, yenə xəstəlik.

Özümüzü toparlamağa başlamışdıq ki, Rusiya-Ukrayna müharibəsi başladı. İnsanların uzun illər əziyyət çəkib qurduqları həyat, ev, iş bir günün içində məhv oldu. Qaçqın düşürlər, uşaqlar həlak olur hər gün. 3-cü dünya müharibəsi başlamaq üzrədir. Çox narahatam. 3 ildir "sabah düzələcək, bir az döz" deyirəm özümə də, ətrafdakılara da. İnsanam axı, hisslərim var, biganə qala bilmirəm, uşaqlarımın gələcəyinə görə narahatam.

Bu necə dünyadır insanlar qurub? Hamımız böyük zooparkın içindəyik elə bil. Kim istəyir bomba atır, kim istəyir virus icad edir, kim istəyir bir günün içində insanların maddi durumunu sıfıra endirir. Yəni, bu dünyanı idarə edənlər istədiklərk kimi həyatımızla oynayırlar. Biz ağılsızcasına yenə bu dünyaya insan gətiririk. Gətirik ki, onlar da əziyyət çəksinlər?

Pulun varsa, ən əclaf adam olsan belə yaltaqlanıb, qarşında baş əyəcəklər. Pulun yoxdursa, şərəfin, ləyaqətin varsa, heç kəsin vecinə olmayacaqsan, yalnız vicdanın rahat olacaq, əziyyət çəkə-çəkə birtəhər dolanacaqsan. İnsanlar bir-birlərini sevə bilmirlər artıq. Hamının içində nifrət kök salıb. Dinə, millətlərə, irqə ayrı-seçkilik salıb nifrət etmək üçün bəhanə axtarır hamı. Bütün bunlara tab gətirmək olmur".


Müəllif: Rəqsanə Həsənova