17 Mart 2022 18:26
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vəfa Zeynalova sosial şəbəkədə paylaşımı ilə təəccübə səbəb olub.

Teleqraf.com xəbər verir ki, aktrisa İnstaqramda Milli Onkologiya Mərkəzindən ağlayaraq video paylaşıb:

"Bayram ərəfəsidir, hər birinizin bayramını təbrik edirəm. Baxmayaraq ki, ən gözəl günlərimiz bayram günlərdir. Amma bizim həkimlərimiz iş başındadır. Heç kimin yolu xəstəxanaya düşməsin. Düşəndə də yaxşı ki, bizim həkimlərimiz var. Canımız yananda, bir barmağımız kəsiləndə dərhal həkimlərə müraciət edirik. Yaxşı ki, onlar var, bizimlədirlər.

Mən Milli Onkologiya Mərkəzindəyəm, sağlamam. Səhhətimlə bağlı heç bir problemim yoxdur. Sadəcə yaxşı həkimləri siz də tanıyasınız deyə paylaşım etdim. Vaxtilə qardaşımı müalicə edən həkimlər idi. Hamınıza can sağlığı arzu edirəm".


Müəllif: Rəqsanə Həsənova