6 May 2022 13:44
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova və müğənni Rauf növbəti “Saxla şəkilləri” mahnısını musiqi platformalarında təqdim ediblər.

Teleqraf.com xəbər verir ki, mahnının söz və musiqisi İlkin Hüseynova məxsusdur.

Pop ulduz bu layihəsi üçün Raufla bərabər kamera önünə keçərək yeni fotosessiya da etdirib. Aygün Kazımovanın obrazları üzərində stilist - vizajist Ruxa çalışıb. Fotoların müəllifi isə Vüsal Adıgözəlovdur.

Qeyd edək ki, Aygün Kazımova və Rauf bundan öncə “Yaraşdın mənə”, “Aya” və “Bizdən danışaq” adlı duetlər ərsəyə gətiriblər.


Müəllif: Teleqraf.com