Müğənni Damla ATV-də oğlu haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, ifaçı oğlu haqda bu sözləri deyib:
"Damlanın oğlu" ilə başlayan bütün cümlələri həyatında təxirə salır. Deyir ki, niyə bilsinlər, niyə tanısınlar?! Mən rahat olmaq istəyirəm, dostlarım kimi avtobusa minmək, metroda rahat hərəkət etmək istəyirəm. Filankəsin oğluyam deyə bahalı geyinməliyəm, çox pul xərcləməliyəm, yox. Çox sadədir. Kompleksli yaşamağı sevmir".