Xalq artisti Röya Ayxan komediya aktyoru Nicat Rəhimovla birgə yeni layihəyə imza atıb.
Teleqraf.com xəbər verir ki, Röya Ayxanla Nicat Rəhimov ilk dəfə duet oxuyacaqlar.
Belə ki, iki məşhur sima sözləri və musiqisi Ceyhun Bayramlıya (Jay Hun) məxsus “Dəli kimi” mahnısını birgə ifa edəcəklər.
Azərbaycan və ingilis dilində yazılan mahnı tezliklə ekranlaşdırılacaq və klip qısa müddətdə tamaşaçılara təqdim olunacaq.