27 Noyabr 2014 13:40
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni-bəstəkar Emin “Naçistatu” (“Sözün düzü”) adlı albomuna təqdimat mərasimi keçirib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasımə qatılanlar arasında Yuli Qusman, Viktoriya Lopıreva, Slava, Valeriya, Keti Topuriya və başqa tanınmışlar olub.

İfaçının rəhbərlik etdiyi “Riose bar”da baş tutan mərasimdə Emin albomunda yer alan mahnılarını canlı səsləndirib.

Müğənni, eyni zamanda rusiyalı həmkarı Keti Topuriya ilə birlikdə “Naçistotu” mahnısına çəkdirdiyi klipinin ikinci hissəsini də təqdim edib. O, sözügedən ekran işinin onun yaradıcılığında ən romantik klip olduğunu vurğulayıb.

Gecəyə qatılanlar arasında bəstənin müəllifi İqor Nikolayev də yer alıb. O, Eminin işini bəyəndiyini deyib:

“Layiqli, gözəl və maraqlı klip alınıb. Burada tamaşaçı ilə dinləyici arasında hər şey açıq-aşkar baş verir”.

Teleqraf.com gecədən olan fotoları təqdim edir :

Ruslan Bakiroğlu


Müəllif:

Oxşar xəbərlər