13 May 2022 18:58
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova İTV-də yayımlanan "3D" verilişində Dadaş Dadaşlinskinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova Dadaş Dadaşlinskinin "Deputatlığa namizədliyiniz oldu, alınmadı. Məhkəməyə müraciət etdiniz?" sualına "Əlimdən aldılar, Avropa məhkəməsinə verdim. Beş il deputat maaşı aldım. Hazırda Milli Məclisin fəaliyyətini izləmirəm. Mənə nəticəsi maraqlıdır. Ürəyimcə çıxış edən millət vəkili var. Olmasa bədbəxt olardıq, vuruşan, savaşan, sözünü sonadək deyən millət vəkillərimiz var. Onların da sözü özü də yerini tapır", - deyə cavab verib.

Xalq artisti "Yaşadığınız ərazinin millət vəkilini tanıyırsınızmı?" sualına isə belə cavab verib: "Yaşadığım ərazinin millət vəkilinin kim olduğunu bilmirəm. İşim düşməyib. Ümumiyyətlə, mənim 81 yaşım var və bu yaşa qədər kiminsə qapısını xahişlə döyməmişəm. Kimsəyə "mənim arxamda durun" deməmişəm".

Xalq artisti xoşbəxt olduğunu da etiraf edib: "Xoşbəxtəm, övladlarım böyüdü, üzümə ağ olmadı. Oğlumun çörəyi ilə yaşadım. Millətim səsimə qiymət verdi. Ayağa vermədi".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər