17 May 2022 17:00
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Ağamirzə Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik.

- Həmkarınız Ağakərimin (Kərim Novruzov) səhhəti necədir?

- Səhhəti necə idisə elə də qalır. Hər hansı irəliləyiş yoxdur. Müalicəsi davam edir, həkim evə gəlir.

- Son günlər meyxana sahəsinə marağın azalmasını nə ilə izah edə bilərsiniz?

- Meyxana sahəsinə həvəs və maraq həmişə var idi və indi də davam edir. Bu sahədə hər şey yaxşıdır. May ayında belə hallar yaşanır, adam bir az həvəssiz olur.

- Meyxananın populyarlaşmasından sonra estrada mahnıları da meyxanalaşdı. Bu haqda nə deyə bilərsiniz?

- Belə hal oldu. Yaxşı ifa edənləri dəstəkləkləmişəm və dəstəkləyirəm. Onların sırasında beş-on nəfər var. Onları da həmişə dəstəkləmişəm və dəstəkləyirəm. Musiqili meyxanalar əladır və ifa tərzi mənim də xoşuma da gəlir. Bir neçəsi bu işi mükəmməl yerinə yetirir.

- Meyxanaların bayağılaşdığını fikri razısınızmı?

- Əksinə, meyxana bayağılaşmır, zamanla daha da təkmilləşir. Belə hallar əvvələr mövcud idi. Bu fikirləri bəyənməyən insanlar deyirlər. Meyxana sahəsində heç bir bayağılaşma yoxdur. Hazırda cavanlarımız yetişirlər. Onların fəaliyyətini izləyirik.

- Həmkarınız Rəşad Dağlı toy mərasimlərinin birində səsləndirdiyi meyxana ilə dindarların qəzəbi ilə qarşılaşdı. Bu haqda nə deyə bilərsiniz?

- Rəşad Dağlı ömrü boyu həqiqəti deyib. Hər zaman ədəb-ərkanın tərəfində olub. Özü də açıqlama verdiyi kimi söz azlığından yüngül bir səhv olub. Rəşad Dağlı hər zaman gözəl meyxana deyib. O mənim bəyəndiyim meyxanaçılar içində ən üst səviyyədə və öndə olanlardandır. Həmişə Rəşad Dağlını dəstəkləmişik, indi də dəstəkləyirik. O, dini ziyarətgahlara gedib, dini dəstəkləyir, din əhlidir.

Mən də bədahətən dediyim üçün əvvəllərc bu kimi hallarla qarşılaşmışam. Az öncə dediyim kimi Rəşad Dağlı bu haqda açıqlama verdi, daha problem yaratmaq lazım deyil. Peyğəmbərdən, imamlardan başqa nöqsansız adam tanımıram.

Hətta onun-bunun nöqsanını axtarıdım. Bir gün isə öz nöqsanlarımı ortaya qoydum. Gördüm ki, mənim nöqsanlarım onlardan on dəfə artıqdır. Belə hallar olur. Rəşad Dağlı bizim yaxınımızdır və onunla fəxr edirik. Yerini bilən və imanlı bir oğlandır. Bir balaca nəsə olub, onu da problem etmək düzgün deyil.

- Siz həmin meyxananı dinləmisinizmi?

- Bəli, rastıma çıxıb. Meyxana deyərkən tələskənlik edib.

- Bu hadisədən sonra Rəşad Dağlı ilə əlaqə saxlamısınızmı?

- Xeyr, onunla danışmamışam. Bu mövzuya qayıtmaq istəməmişəm.

- Meyxanalarımızda dini, oğru dünyası kimi mövzulara rast gəlirik. Bu təbliğat nə dərəcədə düzgündür?

- Belə hallar məndə də olub, artıq yoxdur. Hazırda mövzumuz Vətən, qazi, şəhidlər, dövlət və qələbəmizdir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər