27 Noyabr 2014 21:34
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Ələkbərzadə yeni “Sev məni bu payız” adlı klipinin çəkilişini yekunlaşdırıb.

İfaçı Teleqraf.com-a açıqlamasında bəstənin söz və musiqisinin özünə məxsus olduğunu bildirib. O, klipin çəkilişi barədə bunları söyləyib:

“Yeni klipimin çəkilişləri artıq yekunlaşıb. Mahnının söz və musiqi mənə məxsusdur. “Sev məni bu payız” adlı ekran işinin rejissoru Emil Mehdiyevdir. Bu bizim birlikdə ilk işimizdir. Klipin çəkilişləri Bakıda olub. Düşünürəm ki, musiqi və sözləri tamamlayan bir klip alınıb.”.

Sevda klipdə həyat yoldaşı Kamyarın çəkilməsinə də münasibət bildirib: “Tərəf müqabilimin həyat yoldaşımın olmağı planda yox idi. Bu ideyanı rejissorumuz təklif etdi. Kamyar klipin tam sonunda gəlir”.

Teleqraf.com fotoları təqdim edir:

Ruslan Bakiroğlu


Müəllif:

Oxşar xəbərlər