28 Noyabr 2014 12:37
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı kinoaktyor Coni Depp özünü şizofren sayır.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor jurnalistlərə açıqlamasında bu barədə danışıb:

“Özümü əsl şizofren hesab edirəm. Son günlər hər şeydən yorulmuşam. Özümü qaçqın kimi hiss edirəm. Artıq təntənəli tədbirlər, çox adam olan yerlər mənim xoşuma gəlmir. İstəyirəm, harasa qaçıb gizlənim. Bu, məni qorxudur.”

Xatırladaq ki, C.Depp bu yaxınlarda keçirilmiş “Hollywood Film Awards” mərasimində mükafat təqdim etmək üçün səhnəyə çıxmış, qəribə hərəkətləri və nitqi ilə hamını təəccübləndirmişdi.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər