28 Noyabr 2014 19:46
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarkan yenidən Bakıya gəlir.

Tabloid.az xəbər verir ki, meqa-starın Bakıda dəfələrlə konsertini təşkil edən təşkilatçı Nahid Emiloğlu yenidən bu missiyanı öz üzərinə götürüb.

O, bildirib ki, bu dəfə Azərbaycanda həmçinin Ebru Gündəş və Sərdar Ortaçın da konsertlərini təşkil edəcək. Artıq adları çəkilən sənətçilərlə danışıqlar aparılaraq, razılıq əldə olunub.

N.Emiloğlu Tarkanın konsertinin böyük məkanda keçiriləcəyini vurğulayıb. Ebru Gündəşlə və Sərdar Ortaçın konserti isə Heydər Əliyev Sarayında baş tutacaq.

O, əlavə edib ki, konsertin dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq.


Müəllif:

Oxşar xəbərlər