6 İyun 2022 12:07
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novxanıda at çapan zaman itlərin hücumuna məruz qalan nəğməkar-şair Cəlal Qurbanov səhhətindən danışıb.

Cəlal Qurbanov Teleqraf.com-a açqılamasında səhhətinin yaxşı olduğunu deyib:

"Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində idim, bu gün palataya köçürüldüm. Övladlarımla həftəsonları at çapmağa gedirik. At qəfildən itlərin hücumuna məruz qaldı və hürkdü. Bu zaman atdan yıxıldım. Beş at idi və övladlarım bir az məndən uzaqda idi.

Başımda, üzümdə, bədənimdə xəsarət var. Xəbərlər yayılıb ki, məni it dişləyib, xeyr. İt məni dişləməyib, ata hücum edib.

Şükür Allaha, səhhətim normaldır, axşam saatlarında evə buraxılacam".

Qeyd edək ki, Cəlal Qurbanov ötən gün ailə üzvləri ilə at çapan zaman itlərin hücumuna məruz qalıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər