18 İyun 2022 21:28
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Efirdə quru aparıcılığı sevmirəm, aparıcı sərbəst olmalı və nitqinə fikir verməlidir. Aparıcıların 90 faizinin nitqi zəifdir. Yaxşı aparıcılar ilə yanaşı bayağı aparıcılıq edənlər də çoxdur. Bayağılıqdan qaçmaq lazımdır. Bayağılıq keyfiyyəti öldürür".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov MTV Azərbaycan televiyasında danışarkən deyib.

O, ailəsindən də danışıb: "Hər ikimiz çox dinamik və lider xarakterə malik insanlarıq. Oksana Rəsulova 20 illik dostumdur. Ona görə də bir-birimizi başa düşürük. Hər gün də oğlumuzu götürüb parka çıxırıq. Onun nəfəsi bizim üçün sevincdir. Onun hər bir istəyi başqa bir xoşbəxtlik yaradır. Övlad başqa bir şeydir. Evdə Oksana xanım tərəfindən senzura var. Uşağın sosial şəbəkədə şəklini paylaşmağı sevmir. Mənfi enerji var. Bir neçə fotosessiyadan sonra bunu görmüşük. Ona görə də çox fotosessiya etmirik. Qız atası da olmaq istəyirəm. Qızlar ataları ilə daha çox dost olurlar".

Şəhriyar Əbilov həyat yoldaşının qısqanc olduğunu da açıqlayıb: "Oksana qısqanclığını bildirmir, o, ağıllı qadınlardandır".

Qeyd edək ki, cütlüyün bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər