4 İyul 17:44
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu həmkarı Səidə Sultana cavab verib.

Şəbnəm Tovuzlu Teleqraf.com-a açıqlamasında Səidə Sultanın dediklərini özünə aid etməyib:

"Səidə Sultanın İnstaqramdakı açıqlamasını xəbərdar deyiləm. Amma mən Səidə ilə dostam. Mənə aid deyil, bir az öncə qeyd etdiyim kimi biz dostuq. Münasibətimiz Səidə Sultanla yaxşıdır".

Qeyd edək ki, Səidə Sultan İnstaqramda video paylaşaraq Şəbnəm Tovuzlunun ünvanına bu sözləri deyib: “Gərək hər şeyin cavabını zamanında verəsən. Bu yaxınlarda verilişə çıxmışdım. Dedim ki, Azərbaycan musiqisi o deyil. “Nanay” oxuyanlar doludur, Azərbaycan musiqini pis günə qoyublar, Azərbaycan mədəniyyətindən çıxıb. Bu, mənim fikrimdir və heç kimin adını çəkməmişəm. Səhər gördüm ki, müğənni səhər həmin verilişə gəlib. Sualı ona verdilər ki, Səidə Sultan belə dedi, təhqir yox, tənqid eləmişdim. O isə cavabında Səidə bizim dostumuzdur, mahnı qıraqda qaldı. Başladı əxlaqdan danışmağa... Mən əxlaqlı qızam, müsahibə baxdım ki, ağıllı danışar. Söhbət mahnıdan gedir. Əxlaqın bura nə aiddiyatı var?! Mən çörəyi qulağıma yemirəm. Dedim ki, cavab verməyim, özünü görərəm ki, mahnıdan danış, sənin əxlaqın kimin nəyinə lazımdır? Əxlaq deyib, insanlardan xal qazanırsınız. Bu hələ də mənə çatmır”.


Müəllif: Rəqsanə Həsənova