2 Dekabr 2014 09:18
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O səs Türkiyə”nin bugünkü buraxılışında “Eurovision 2008”də ölkəmizi təmsil edən Elnur Hüseynov çıxış edib.


Axşam.az-ın məlumatına görə, Sem Smitin "Lutch" mahnısını ifa edən Elnur bütün münsif heyətini özünə tərəf döndərib.

Münsiflərin istəyi ilə daha üç mahnı oxuyan Elnur Hüseynov müğənni Sertab Ərənərin repertuarından "Aşk" mahnısı ilə günə damğasını vurub.


Bütün zalı özünə heyran edən həmyerlimiz haqqında müğənni Gökhan Özoğuz "İştirak etdiyim iki il ərzində elə yarışmaçı görməmişdim" söyləyib.

Eləcə də digər münsiflər müğənnilər Ebru Gündəş, Hadisə, Mazhar və Özkan Elnurun çıxışını indiyə qədərki ən yaxşı çıxış adlandırıblar.

"Eurovision"dakı ilk təmsilçimiz sonda Ebru Gündeşi seçib. Elnur səhnəni tərk etdikdən sonra Gökhan "Elnurun çıxışıyla bu yarışmanın reytinqi çox qalxdı" deyib.


Müəllif:

Oxşar xəbərlər