26 İyul 2022 14:30
3 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparacı İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni ilə məhkəmə çəkişməsinə çıxan həkim-dietoloq Ləman Süleymanova Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Ləman xanım, bloger Aysel Həsəni ilə konfliktiniz məhkəməyə qədər gedib çıxıb. Onun haqqınızda səsləndirdiyi fikirlərə münasibətinizi bilmək istərdik...

- Aysel xanımın açıqlamasını özüm izləməmişəm, amma açıqlamanı izləyən köməkçilərim mənə məlumat veriblər. Hadisə belə olub. İki ay əvvəl bir restoranda rəfiqəmi gözləyirdim, işgüzar görüşüm vardı. Bu zaman avtomobilimə əyləşmək istəyirdim. Otelə giriş-çıxış balaca pilləkənlədir, orada çəkiliş etmək olmaz. Restorandan çıxırdım, gördüm ki, yol bağlanıb, bir xanım çəkiliş edir.

Yolun ortasında fotosessiya etdirmək insanlara hörmətsizlikdir, yolu bağlamaq düz deyil. Bu iş ətraflı araşdırılsaydı, kameralardan görünərdi ki, xanımı gözlədim, çəkilişini bitirsin, sonra keçim. Gördüm ki, üzunmüddətli fotosessiyaya hazırlaşır.

Uzun illərdir xəstə qəbul edirəm, heç vaxt hansısa pasiyentim deməyib ki, Ləman xanım kobuddur. İndi feyk səhifələrdə işgüzar nüfuzuma xələl gətirmək üçün müxtəlif insanları öyrədirlər. Xanım fotosessiya edən zaman dedim ki, icazə verin, keçim, sizin kameranıza düşmək istəmirəm. Mənə kobud şəkildə cavab verdi ki, mən blogerəm və istədiyim yerdə şəkillərini paylaşaram. Bu, doğru deyil, axı, ikimiz də xanımıq. Onun ağzından çıxan hər kəlmə mənə qarşı təhqir idi.

- Aysel xanım açıqlamasında qeyd edib ki, söyüşü siz söymüsünüz və onu təhqir etmisiniz...

- Heç kəs öz ayranına turş deməz. Gündəlik həyatda idman üslubundan istifadə etməyi çox sevirəm. İlk dəfə bu haqda danışıram, bu fikirləri məhkəmədə də deməmişəm. Xanım geyimlərimə sataşmağa başladı ki, bu nə geyimdir, sən nə gündəsən!?

İnanmıram, mümkün deyil ki, otelin kameralarında səs yazılmasın. Videonun üzə çıxması və hadisənin sübuta yetirilməsi üçün ancaq mən maraqlanıram. Çünki zərər çəkən mənəm. Həkiməm və minlərlə pasiyentim var. Utanıram, işgüzar adıma xələl yetirilib. Adım indiyə qədər heç vaxt belə situasiyalarda hallanmayıb.

- Qarşı tərəf bildirir ki, mübahisədən sonra avtomobilinizdə 15 dəqiqə onu gözləmisiniz.

- Rəfiqəmi gözləyirdim. Artıq əsirdim, rəfiqəmə yazdım ki, axşam başqa yerdə görüşək, gedirəm. Aysel xanım məhkəmədə hakimə deyir ki, dava yarım saat çəkdi və Ləman xanım mənə söyüş söydü. Özü dediyi kimi tanınmış blogerdir, əlində video, kamera, telefon var idi, əgər onu yarım saat söymüşəmsə, niyə lentə almayıb? Bu sualı hakim, mənim vəkilim və özüm də ona ünvanladım.

Mənə sual olunarsa ki, sən niyə kameraya çəkmədin? Cavabım budur ki, ailə tərbiyəm buna imkan vermir hansısa xanımı ictimai yerdə çəkim, videosunu yayım. Təhqir olunsam belə... Amma xanım iddia edir ki, mən onu təhqir etmişəm.

Baxmayaraq ki, ondan şikayət edəcəyimi demişdim, amma bunu etmədim. Amma xanım günahkar ola-ola məndən şikayət elədi. Ailəm və rəfiqələrim də irad tuturlar ki, sən niyə şikayət etmədin? Düşündüm ki, xanımdır, yaxşı çıxmaz...

Hərdən düşünürəm ki, bəlkə bu, mənə qarşı qurama iş idi, işgüzar nüfuzuma xələl gətirmək istəyirdilər.

Demir ki, günahsızdır? Qoy apellyasiyaya versin, hər şeyi ortaya çıxarsın.

İlkin Həsəni canlı yayımda məni təhqir elədi, “tərbiyəsiz” adlandırdı. Sonra canlı yayımın videosunu sildi. Amma görüntü bütün saytlarda var. İllərin həkimiyəm, uşaq deyiləm ki, ictimai yerdə özümü biabır edim, qeyri-etik söz işlədim... Xanım haqqımda deyir ki, telefonum söndürülüb. Nömrəm işləkdir, səhhətimdə problem ola-ola işə çıxmışam. Həmin nömrəyə həmişə cavab verilib.

Polis iki-üç dəfə həmin nömrəyə zəng edib. Demişəm ki, xanım məni təhqir edib, nəyə görə polis bölməsinə mən gəlməliyəm!? İnşallah, hər şey sübuta yetiriləcək.

İlkin bəy həmin gün mənə polis adıyla zəng edib, köməkçimə də özünü polis əməkdaşı kimi təqdim edib. Həmin nömrə İlkin Həsəniyə məxsus idi. Bu haqda 102-yə də bildirilib. Hələ ki polis bölməsinə gəlib izahat verməyib. Artıq məhkəmyə müraciət etmişik...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər